Briqadir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Briqadir

  • Deadline 11 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin istismara verilməsi planını və tikinti-quraşdırma işlərinin həcmi və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi üzrə birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirir;
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə ümumi və gündəlik istehsalat tapşırıqlarını müəyyən edir, işlərin davamlı, vaxtında yerinə yetirilməsi prosesinə nəzarət edib mütəmadi birbaşa rəhbərinə məruzə edir;
  • Əl əməyinin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti-quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün birbaşa rəhbər tərəfindən tətbiq olunana qaydalara tabeçiliyindəki işçilərin əməl etməsini təmin edir;
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir;
  • İşə buraxılacaq işçilərin psixoloji durumuna diqqət yetirir, problemi olan şəxslər haqqında sahə rəisinə məluma  verir;
  • Təmir olunan və ya yeni inşa edilən tərtibat və qurğularda konstruksiyaların möhkəmliyini, davamlılığını və etibarlılığını  şəxsən yoxlayaraq qərar qəbul etmək üçün sahə rəisinə məlumat verir;
  • Tam və qismən yekunlaşmış işlərin keyfiyyət nəzarətçisinə  təhvilində  iştirak edir  və müvafiq  aktları imzalayır;
  • Texniki nəzarətçilər  tərəfindən tərtib edilən  Forma 2-ləri imzalayır (imzalmadıqda və ya başqa  fikir olduqda yazılı (rəsmi izahat verir);
  • Materialların qənaətlə istifadə edilməsinə  nəzarət  edir;
  • Gördüyü işlərlə bağlı sahə rəisinin suallarını dəqiq cavablandırır  və  ona hesabat verir;
  • Gündəlik görülən işləri yoxlayıb təhvil alır;
  • İstehsalat həcminə görə sahədə işçilərin iş saatı və ya növbəlilik iş qrafikinə keçirilməsinə dair birbaşa rəhbərinə təkliflər verir;
  • İşçilərin istehsalat və əmək intizamına riayət etmələrinə nəzarət edir;
  • Fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı intizam tədbirinin görülməsi üçün təkliflər verir;
  • İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak edir;
  • İstehsalat prosesi zamanı yaranan problemlər haqqında dərhal birbaşa rəhbərini məlumatlandırır;
  • İş yerlərini- fəhlə və usta heyəti ilə tam  təmin edilməsi üçün  sahə rəisinə təkliflər verir;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına aid tapşırıqları yerinə yetirir;

Müsahibə üçün müraciət ünvanı:

  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki və qeydlər:

  • Növbəli iş qrafiki
  • İş yerinin ünvanı: Hövsan
  • Yaş həddi: 25-55
  • Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş stajı: Minimum 1 il stajı

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Briqadir” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily3
  • Weekly3
  • Monthly1778