Hüquqşünas (Tikinti sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas (Tikinti sektoru)

  • Deadline 23 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
  • Tikinti layihələri üzrə texniki tapşırıqların, əlavələrin və dəyişikliklərin hüquqi baxımdan yoxlanılması;
  • Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət, pozuntuların müəyyən edilməsi və hüquqi tədbirlərin görülməsi;
  • Layihə prosesində yaranan hüquqi risklərin qiymətləndirilməsi və rəhbərliyə rəy verilməsi;
  • Tikinti sahəsində iddia, cərimə, gecikmə və fors-major halları ilə bağlı hüquqi mövqenin hazırlanması;
  • Sifarişçilər, podratçılar və subpodratçılarla aparılan danışıqlarda hüquqi dəstəyin göstərilməsi;
  • Lisenziyalar, icazələr və digər hüquqi sənədlərin alınması prosesində iştirak;
  • Rəsmi sorğulara, yoxlamalara və müraciətlərə hüquqi cavabların hazırlanması;
  • İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
  • Məhkəmə qərarlarının icrasına nəzarət.

Tələblər: 

  • Hüquq sahəsində ali təhsil;
  • Hüquqşünas kimi 3 illik iş təcrübəsi (tikinti sahəsində təcrübə mütləqdir);
  • MS Office proqramlarında işləmək bacarığı;

İş şəraiti: 

  • İş yeri: Caspian Plaza;
  • İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük; 
  • Əmək haqqı: 1000-1200 azn

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquqşünas (Tikinti sahəsi)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly504
  • Monthly1936