Vəzifə öhdəlikləri:
- Cəmiyyətin tabeliyində olan tikinti obyektlərinin fəaliyyətinin tikinti norma və qaydalarına, kefyiyyətin menecment sisteminə uyğun aparılmasını təmin etmək.
- Texnoloji sənədlərin razılaşdırılması üzrə işlərin təşkil etmək.
- Tikinti işlərinin və bununla əlaqədar yerinə yetirilən təşkilatı işlərin maya dəyərinin azaldılması işlərini təşkil etmək.
- İstehsalat planının qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək.
- İstehsalat proseslərinin texnoloji sənədlərə uyğun aparılmasına nəzarət etmək.
- Əmək məhsuldarlığının yüksəldilməsi üzrə tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin etmək.
- Keyfiyyətin menecment sistemi tələblərinə uyğun monitorinq üzrə işləri təşkil etmək.
- ·İstehsalat proseslərinin, texnoloji əməliytaların təkmilləşdirilməsi üzrə müxtəlif növ texnoloji tərtibatların, alətlaərin tətbiqi barədə təkliflər vermək.
- İstehsalat sisteminin şəraitə uyğun təkmilləşdirilməsi barədə təkliflər vermək.
- Daxili ehtiyatların (əmək, material, insan və s) aşkar edilməsi üzrə təhlillər aparmaq və müvafiq təkliflər hazırlamaq.
- Ayrı-ayrı tikinti obyektləri arasında əlaqəli işin aparılmasını əlaqələndirmək, lazımı hallarda məsləhətləşmələr aparmaq.
- İstehsalat mədəniyyətinə riayət olunmasına nəzarət etmək.
- İnventarizasiyanın aparılması işlərinə rəhbərlik etmək.
- Əsas vəsaitlərin istismara verilməsi və istismardan çıxarılmasına rəy vermək.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf-mühit, sanitar gigiyena və yanğın təhlükəsizliyi üzrə tələblərin tikinti obyektlərində yerinə yetirilməsi işlərini təşkil etmək.
- İşdən azad edilən zaman son iş gününə qədər öhdəliyində olan işlərin nəticələri barədə hesabatları işləyib hazırlayaraq təhvil-təslim etmək.
Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər: 6 günlük iş qrafiki
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Tələblər
- Təhsil: Ali
- İş stajı: Müvafiq sahə üzrə 3 il
- Yaş həddi: 25-50
Əmək haqqı: Razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kommunikasiya işləri üzrə sahə mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.