Sahə memarı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə memarı

  • Deadline 18 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar  zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirmək;
  • Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərmək;
  • Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə almaq;
  • Layihələrin  2D və 3D formatda eskizlərin hazırlanmasını icra etmək;
  • Layihələrin  2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin etmək.
  • Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin etmək;
  • İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları təqdim etmək;
  • Çertyojların hazırlanması və yekunlaşdırılması ilə əlaqədar avadanlıq və ehtiyatları toplamaq;
  • Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirmək;
  • Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirmək;
  • İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları hazırlamaq;
  • Layihələndirmə ilə əlaqədar sənədləri hazırlamaq;
  • Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırmaq;
  • Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq;
  • Məişət avadanlıqlarını, bədii əsərlər və aksesuarları seçir və layihələndirmək;
  • Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşmək;
  • Daxili layihələndirmə amilləri, o cümlədən məişət ləvazimatları və avadanlıqlarının planlaşdırılması, yerləşdirilməsi və istifadəsi, habelə rəngin uyğunlaşdırılması ilə əlaqədar müştəriyə məsləhət vermək;
  • Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim etmək;
  • Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim etmək;
  • Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin  (Mərtəbə planları ,kəsimlər, fasadlar, pəncərələrin və diqər boşluqların ölçülərini, material spesifikasiyası  göstərilməklə) çap versiyasını Tikinti şöbəsinin müdirinə razılaşdırmaq üçün təqdim etmək;
  • Bölmə müdirinin yazılı razılıq rəyini aldıqdan sonra Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin  Kommersiya Direktorunun təsdiqinə təqdim etmək;
  • Layihə üzrə materialların Serverdəki CSH (common share) qovluğunda şöbəsinə aid  alt qovluqlarda  yerləşdirilməsini təmin etmək;
  • Şöbə tərəfindən Layihələrə edilən dəyişiklər haqqında aidiyyatı layihə iştirakçılarına  Outlook (e-mail) vasitəsi ilə məlumat vermək;
  • Sahələrdə müəllif  nəzarətinin həyata keçirmək (memari tələblərin düzgün icrası);
  • İcra olunan layihələrin bütün mərhələlərinin real  fotomaterialların mərkəzləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Kənar  təşkilatlarla memarlıq-dizayn işləri üzrə müqavilələrin layihəsini yoxlayır  və Bölmə müdirinə təqdim etmək;
  • Təsdiqlənən müqavilənin bir nüsxəsinin mühasibatlığa, həmin müqavilənin surətinin çıxarılaraq şöbədə saxlanılmasına və uçota alınmasını  təmin etmək;
  • Müəllif nəzarəti və layihələrin müzakirəsi əsnasında müştərilərlə davamlı ünsiyyət qurmaq;
  • Gördüyü işlərin uçotunu aparmaq;

İş şəraiti və Müsahibə üçün müraciət ünvanı:

  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
  • İş qrafiki və qeydlər:
  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər:

  • Təhsil: Ali
  • İş stajı: Sahə memarı kimi 2 il
  • Yaş həddi: 25-50
  • Tələblər: AutoCad proqramı bilməsi mütləqdir
  • Əmək haqqı: Razılaşma yolu ilə

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sahə memarı” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily8
  • Weekly227
  • Monthly1869