Vəzifə öhdəlikləri:
- Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirmək;
- Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərmək;
- Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə almaq;
- Layihələrin 2D və 3D formatda eskizlərin hazırlanmasını icra etmək;
- Layihələrin 2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin etmək.
- Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin etmək;
- İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları təqdim etmək;
- Çertyojların hazırlanması və yekunlaşdırılması ilə əlaqədar avadanlıq və ehtiyatları toplamaq;
- Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirmək;
- Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirmək;
- İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları hazırlamaq;
- Layihələndirmə ilə əlaqədar sənədləri hazırlamaq;
- Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırmaq;
- Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq;
- Məişət avadanlıqlarını, bədii əsərlər və aksesuarları seçir və layihələndirmək;
- Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşmək;
- Daxili layihələndirmə amilləri, o cümlədən məişət ləvazimatları və avadanlıqlarının planlaşdırılması, yerləşdirilməsi və istifadəsi, habelə rəngin uyğunlaşdırılması ilə əlaqədar müştəriyə məsləhət vermək;
- Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim etmək;
- Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim etmək;
- Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin (Mərtəbə planları ,kəsimlər, fasadlar, pəncərələrin və diqər boşluqların ölçülərini, material spesifikasiyası göstərilməklə) çap versiyasını Tikinti şöbəsinin müdirinə razılaşdırmaq üçün təqdim etmək;
- Bölmə müdirinin yazılı razılıq rəyini aldıqdan sonra Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin Kommersiya Direktorunun təsdiqinə təqdim etmək;
- Layihə üzrə materialların Serverdəki CSH (common share) qovluğunda şöbəsinə aid alt qovluqlarda yerləşdirilməsini təmin etmək;
- Şöbə tərəfindən Layihələrə edilən dəyişiklər haqqında aidiyyatı layihə iştirakçılarına Outlook (e-mail) vasitəsi ilə məlumat vermək;
- Sahələrdə müəllif nəzarətinin həyata keçirmək (memari tələblərin düzgün icrası);
- İcra olunan layihələrin bütün mərhələlərinin real fotomaterialların mərkəzləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
- Kənar təşkilatlarla memarlıq-dizayn işləri üzrə müqavilələrin layihəsini yoxlayır və Bölmə müdirinə təqdim etmək;
- Təsdiqlənən müqavilənin bir nüsxəsinin mühasibatlığa, həmin müqavilənin surətinin çıxarılaraq şöbədə saxlanılmasına və uçota alınmasını təmin etmək;
- Müəllif nəzarəti və layihələrin müzakirəsi əsnasında müştərilərlə davamlı ünsiyyət qurmaq;
- Gördüyü işlərin uçotunu aparmaq;
İş şəraiti və Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
- İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Tələblər:
- Təhsil: Ali
- İş stajı: Sahə memarı kimi 2 il
- Yaş həddi: 25-50
- Tələblər: AutoCad proqramı bilməsi mütləqdir
- Əmək haqqı: Razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sahə memarı” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.