Vəzifə öhdəlikləri:
- Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək;
- Tikinti istehsalatın sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalat mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdirilməsini müəyyən edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik etmək;
- Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət olunmasını təmin etmək;
- İnşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin etmək;
- Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiqini təmin etmək;
- Təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modernləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərdə iştirak etmək;
- Layihə-smeta sənədlərinin həmçinin bütün növ texniki sənədlərin vaxtında hazırlanmasını təmin etmək;
- Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığı nəzərdən keçirmək;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələri müəyyən etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Material və avadanlıqların əldə edilməsi mümkünlüyünü və daşınmasını təmin etmək; məqsədi ilə tikinti sahəsində istifadə etməzdən əvvəl onların saxlanılması vəziyyətinə dair məlumat almaq;
- Avadanlıq və materiallardan istehsalçının texniki şərtlərinə uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak etmək;
- Yük və dərəcə tələblərini, su axını səviyyəsini və materialın stres amilini hesablamaq;
- Avadanlıqları quraşdırmaq və tikintini idarə etmək məqsədi ilə istinad nöqtələrini, dərəcələri və qalxmaları təyin etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- İnsan resursları planına uyğun olaraq tabeliyində olan işçi heyətinə rəhbərlik etmək;
- Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak etmək;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak etmək;
- Özül, beton, asfaltın və ya poladın uyğunluğu və möhkəmliyini müəyyən etmək məqsədi ilə materialların üzərində müntəzəm sınaqlar aparılmasında iştirak etmək;
- Fərdi planlaşdırmanı həyata keçirmək;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak etmək;
- Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim etmək;
- Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
- Texniki işçilər, texnoloqlar, sahə işçiləri, mühəndislər, mütəxəssislər və digər işçi heyətinin fəaliyyətinə nəzarət edir, ehtiyac olduğu təqdirdə təlim keçir və qiymətləndirmək;
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparır və qrafik tərtib etmək;
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə qanunvericilik tələblərini layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına daxil etmək;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət etmək;
- Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak etmək;
- Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim etmək;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
İş şəraiti və Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
- İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Tələblər:
- Təhsil: Ali
- İş stajı: Müvafiq sahə üzrə 4-5 il
- Yaş həddi: 22-50
- Əmək haqqı: Razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sahə mühəndisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.