AmaZOOne World Zoo Mağazası komandamıza heyvanları sevən, məsuliyyətli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Mağazaya gələn müştərilərin qarşılanması, məhsul və xidmətlər barədə məlumatlandırılması;
- Müştərilərə ev heyvanları, onların saxlanılması, qidalanması və baxımı ilə bağlı düzgün məsləhətlərin verilməsi;
- Zoo məhsullarının (yemlər, aksesuarlar, qulluq vasitələri və s.) təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Mağazada satışda olan heyvanların gündəlik baxımı, qidalanması və saxlanma şəraitinə nəzarət;
- Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
- Telefon və WhatsApp vasitəsilə daxil olan zəng və müraciətlərin cavablandırılması;
- Müştərilərin sifarişlərinin qəbul edilməsi və icrasının izlənilməsi;
- Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi, qiymət etiketlərinə və səliqəyə nəzarət;
- Məhsul qalıqlarının, stokun və son istifadə tarixlərinin izlənilməsi;
- Gündəlik satış və kassa hesabatlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərin nəzakətlə yola salınması;
- Mağazanın gündəlik fəaliyyətinə aid digər təşkilati işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi (mütləqdir);
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (mütləqdir);
- İngilis dili biliyi üstünlükdür;
- Ev heyvanları, onların qidalanması, baxımı və saxlanma şəraiti haqqında praktik biliklər;
- Zoo məhsulları, yem markaları və aksesuarlar haqqında məlumatlı olmaq;
- Satış, müştəri xidməti və kassa əməliyyatları üzrə bilik və bacarıqlar;
- Heyvanlarla işləməyi sevmək və onlara qarşı qayğıkeş münasibət;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və satışyönümlü yanaşma;
- Punktuallıq, dürüstlük, məsuliyyətlilik və səliqəlilik;
- İş qrafikinə ciddi riayət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: AmaZOOne World Zoo Mağazası, Ağ Şəhər, Bakı.
- Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə göndərə bilərlər.
Vacib: Zoo mağazasında və ya müvafiq sahədə praktiki iş təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.