Amina and S Group Amina and S Group

Amina and S Group

Tikinti , İnfrastruktur tikintisi

Aparıcı Material Nəzarətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Material Nəzarətçisi

  • Deadline 30 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Layihə üzrə materialların qəbulunu, uçotunu, saxlanmasını və paylanmasını təşkil etmək;
  • Gələn materialların satınalma sifarişləri, qaimələr, spesifikasiyalar və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Materialların miqdarına, keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların hazırlanmasını təmin etmək;
  • Materialların ERP/SAP və ya digər anbar uçotu sistemlərində düzgün qeydiyyatını təmin etmək;
  • Materialların layihə sahələrinə vaxtında və düzgün çatdırılmasını koordinasiya etmək;
  • Material ehtiyatlarının səviyyəsini izləmək, çatışmazlıq və artıq ehtiyatlarla bağlı rəhbərliyə məlumat vermək;
  • Materialların saxlanma şəraitinin istehsalçı tələblərinə və layihə standartlarına uyğunluğunu təmin etmək;
  • Material sertifikatlarının (MTC, COC və s.) və digər keyfiyyət sənədlərinin tamlığını yoxlamaq;
  • Materialların izləniləbilənliyini (Material Traceability) təmin etmək;
  • Gündəlik, həftəlik və aylıq material hərəkəti üzrə hesabatlar hazırlamaq;
  • Inventarizasiya proseslərində iştirak etmək və inventar fərqlərinin araşdırılmasını təmin etmək;
  • Satınalma, logistika, tikinti, planlaşdırma, QA/QC və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Layihə üzrə artıq, istifadə olunmayan və yararsız materialların uçotunu aparmaq və müvafiq təkliflər hazırlamaq;
  • Material idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Şirkətin HSE, Keyfiyyət İdarəetmə Sistemi və daxili prosedurlarının tələblərinə riayət etmək.

Tələblər:

  • Təhsil: Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Sənaye, Mexanika, İnşaat mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Material idarəetməsi, anbar əməliyyatları və ya logistika sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi;
  • EPC, neft-qaz, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
  • Material uçotu, inventarizasiya və material izləniləbilənliyi prinsiplərini bilmək;
  • ERP, SAP, Oracle və ya digər material idarəetmə proqramları ilə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək arzuolunandır;
  • Analitik düşünmə, planlaşdırma, koordinasiya və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • Həftədə 2 gün istirahət.
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Aparıcı Material Nəzarətçisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly434
  • Monthly2701