Vəzifə və öhdəliklər
- Mühəndislik komandası tərəfindən hazırlanmış mexaniki çertyojları, hesablamaları, texniki spesifikasiyaları, təchizatçı sənədlərini və digər texniki sənədləri nəzərdən keçirmək, layihə tələblərinə, tətbiq olunan standartlara və tikinti baxımından icra oluna bilməsinə uyğunluğunu qiymətləndirmək və rəy vermək;
- Layihənin icrası müddətində mühəndislik, tikinti, satınalma, SƏTƏM (HSE) və Keyfiyyətə Nəzarət (QA/QC) komandaları ilə koordinasiyalı işləmək;
- Tikinti, quraşdırma, sınaq, istismara hazırlıq (Pre-Commissioning), istismara vermə (Commissioning) və layihənin yekunlaşdırılması mərhələlərində texniki dəstək və nəzarət həyata keçirmək;
- Tikinti işlərinin təsdiq edilmiş layihə qrafikinə və prioritetlərinə uyğun icrasını koordinasiya etmək;
- Tikinti işlərinin gedişatını izləmək və bütün işlərin təsdiq olunmuş çertyojlara, texniki spesifikasiyalara, iş metodologiyalarına və layihə tələblərinə uyğun yerinə yetirilməsini təmin etmək;
- Podratçılar, subpodratçılar, təchizatçılar və sifarişçi nümayəndələri ilə gündəlik sahə işlərini koordinasiya etmək;
- Sahə baxışlarında, texniki iclaslarda, koordinasiya və irəliləyiş iclaslarında iştirak etmək;
- Texniki Sorğular (RFI), Texniki Sorğular (TQ), Sahə Təlimatları (SI), İş İcra Metodları (Method Statements), Yoxlama və Sınaq Planları (ITP) və digər layihə sənədlərini nəzərdən keçirmək;
- Tikinti işlərində gecikmələrin qarşısını almaq məqsədilə materialların mövcudluğunu, sahənin hazırlığını və resursların bölüşdürülməsini koordinasiya etmək;
- Mexaniki montaj, hidrostatik sınaqlar (Hydrotest), yuma (Flushing), təzyiq sınaqları, istismara hazırlıq və istismara vermə işlərini koordinasiya və nəzarət etmək;
- QA/QC yoxlamalarında iştirak etmək və tamamlanmış işlərin layihə tələblərinə və tətbiq olunan standartlara uyğunluğunu təhvil verilməzdən əvvəl təmin etmək;
- Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatları, texniki hesabatlar, iş paketləri və digər layihə sənədlərini hazırlamaq;
- Punch List-ləri hazırlamaq, açıq qüsurların aradan qaldırılmasına nəzarət etmək, mexaniki tamamlanma (Mechanical Completion), sistemlərin təhvili və layihənin yekun bağlanması prosesinə dəstək vermək;
- Layihənin yekunlaşdırılmasından əvvəl As-Built çertyojlarının və Red-Line düzəlişlərinin düzgünlüyünü yoxlamaq;
- Tikinti işləri zamanı SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitinin formalaşdırılmasını təşviq etmək.
Tələblər
- Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Sənaye, energetika, neft-qaz, istehsalat və ya infrastruktur layihələrində minimum 10 il iş təcrübəsi;
- ASME, API, ISO, ANSI və digər beynəlxalq mühəndislik standartları üzrə dərin biliklər;
- Mühəndislik çertyojlarını, texniki spesifikasiyaları, təchizatçı sənədlərini və tikinti paketlərini təhlil etmək bacarığı;
- Tikinti işlərinə nəzarət, sahə koordinasiyası və mexaniki montaj işləri üzrə təcrübə;
- QA/QC prosedurları, yoxlama, sınaq və istismara vermə prosesləri üzrə biliklər;
- Güclü analitik düşünmə, problem həll etmə və ünsiyyət bacarıqları;
- İngilis dilini yazılı və şifahi səviyyədə yaxşı bilmək.
İş şəraiti
- Həftədə 2 gün istirahət.
- Əmək haqqı - Müsahibənin nəticələrinə əsasən müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mexanika Mühəndisi (Sənaye Layihələri)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.