Vəzifə və öhdəliklər:
- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb ötürülməsi;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Müddət və kənaraçıxmaların analizini edir;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
- Məhsuldarlıq və adamsayı analizlərin hazırlanması, görüləcək işlər üçün vaxt və resurs sərfiyyatı cədvəlinin tərtib edilməsi;
- İşlərin icrası üçün lazım olan resursların müəyyən edilməsi;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
- Aylar arasında sifariş, istehsal, sərf, itki,yayınma və s. göstəricilər müqayisə analizi aparılır və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Gələcək dövrlər üçün layihə üzrə müvafiq proqnozlaşdırma-planlama modellərinin yaradılmasını təşkil etmək və bu işə nəzarət etmək;
- Layihə üzrə tələb olunan yardımçı, köməkçi materiallara və anbara vaxtaşırı nəzarəti həyata keçirərək qalıqlar barəsində lazımi sənədləri tərtib etmək və nəzərdə tutulmuş stok həddinə uyğun tələblər açaraq, bu barədə birbaşa rəhbərliyini məlumatlandırmaq;
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
- Planmaya uyğun gündəlik işlərin gedişatına nəzarət edilməsi və iş qrafikinə uyğunluğun təmin edilməsi;
Tələblər:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Layihə planlaması üzrə əlavə sertifikatlar üstünlük hesab olunur;
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzu olunandır;
- MS Office, Primavera P6, MS Project 2010;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət və təşkilati bacarıq;
- Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər;
- Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar və müvafiq alətlər barədə biliklər.
- Faktiki yerinə yetirilmiş işlərlə planlaşdırılan işlərin müqayisəsi (Əldə olunmuş dəyərin analizi, EVM metodu)". Earned Value Management
- Layihə üzrə qrafiklərin daimi yenilənməsi, S-əyrilərin qurulması, histoqramların hazırlanması və irəliləyiş barədə hesabatların təqdim olunması."
İş şəraiti
- İş qrafiki: Həftədə 2 gün istirahət.
- Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Planlama üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə üçün: 010-225-30-89