Vəzifə öhdəlikləri
- SƏTƏM sənədlərinin, prosedurlarının hazırlanması, qeydiyyatı, yenilənməsi və arxivləşdirilməsi;
- Layihələrin xüsusiyyətlərinə və Sifarişçinin tələblərinə uyğun SƏTƏM prosedurlarının hazırlanmasında iştirak etmək;
- Mövcud SƏTƏM prosedurlarına dəyişikliklərin SƏTƏM meneceri ilə razılaşdırılaraq həyata keçirilməsi;
- SƏTƏM hesabatlarının və statistik məlumatların hazırlanması;
- İşçilərin SƏTƏM təlimlərinin, sertifikatlarının və tibbi müayinə sənədlərinin uçotunun aparılması;
- SƏTƏM üzrə reyestrlərin və elektron məlumat bazalarının yenilənməsi;
- Layihə ərazisinə daxil olacaq işçilərin və texnikanın giriş icazələrinin alınması üçün Sifarişçi şirkətlə əlaqələndirmənin təmin edilməsi;
- İşçilərin və texnikanın əraziyə buraxılması üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
- Risk qiymətləndirmələri və digər SƏTƏM sənədlərinin dövriyyəsinə inzibati dəstək göstərilməsi;
- SƏTƏM mühəndisləri və koordinatorları ilə sənədləşmə işlərinin əlaqələndirilməsi;
- SƏTƏM sənədlərinin layihə və şirkətdaxili prosedurlara uyğunluğunun izlənilməsi.
- Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə dəstək göstərmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (tikinti və neft-qaz layihələrində təcrübə üstünlükdür);
- SƏTƏM prosedurları və sənədləşmə tələbləri haqqında biliklər;
- Layihələr üzrə SƏTƏM sənədlərinin hazırlanması və idarə olunması prinsiplərini bilmək;
- MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi mütləqdir;
- Sənədləşmə, hesabatlılıq və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı.
- Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.