Təsvir
- Şirkət məhsullarının xarici bazarlara çıxarılması prosesində icraçı rolunda iştirak;
- Mövcud və potensial xarici müştərilərlə yazışmaların və ilkin danışıqların aparılması;
- Retail şəbəkələri üçün təkliflərin, qiymət cədvəllərinin və müqavilə layihələrinin hazırlanmasında iştirak;
- Bazarlar üzrə məlumatların toplanması, sadə analizlər və hesabatların hazırlanması;
- Logistika, sənədləşmə və ixrac proseslərinin daxili və xarici tərəfdaşlarla koordinasiyası;
- İxrac proseslərində gündəlik əməliyyatların vaxtında və düzgün icrasına nəzarət.
Tələblər
- Minimum 1–2 il ixrac və ya beynəlxalq satış sahəsində iş təcrübəsi;
- Xarici bazarlara məhsul çıxarılması proseslərində praktiki iştirak (sənədləşmə, yazışmalar, koordinasiya);
- Retail şəbəkələri və ya xarici müştərilərlə əməliyyat səviyyəsində ünsiyyət təcrübəsi;
- İxrac prosedurları, gömrük sənədləri və logistika prosesləri haqqında baza biliklər;
- İngilis dili və Rus dili (işgüzar yazışma və danışıq səviyyəsində), digər dillər üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik və nəticəyə fokuslanma;
- Analitik düşüncə, detallara diqqət və komanda ilə işləmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- Zərurət olduqda şimal regionda yerləşən layihələrə və xaricə ezamiyyət
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.