Təsvir
- Rəsmi tabel uçotunun Layihələr üzrə günlük aparılması, rəsmi uçot məlumatlarının (iş günü, icazə, bülleten, məzuniyyət, xitam günü və s) dəqiq və düzgün yazılması;
- Layihələr üzrə uçotu aparılmış tabellərin elektron daşıyıcıda həmin gün email vasitəsi ilə departament rəhbərinə təqdim edilməsi;
- Region Layihələr üzrə yeni işə başlamış işçilərə Daxili intizam Qaydaları haqda məlumatın verilməsi;
- Aylıq vergi tabel hesabatının hazırlanması və növbəti ayın 5 dən gec olmayaraq departament rəhbərinə təqdim edilməsi;
- Departament rəhbərinə aylıq icazə və məzuniyyətlər, işə qəbul, xitam haqda hesabatların hazırlanması;
- İnzibati Tənbeh verilməsi üçün zərurət yarandıqda Təqdimatların hazırlanması, İşçilərdən İzahatların tələb edilməsi və toplanan sənədlərin Departament rəhbərinə göndərilməsi;
- İşdən azad edilmiş işçinin istifadəsində olan təminatların təhvil-təsliminə nəzarət.
- İşdən azad edilmiş işçilərin son haqq hesab sənədlərinin hazırlanması, imzalanması, email vasitəsi ilə departament rəhbərinə təqdim edilməsi;
- Məzuniyyət ərizələrinin 5 gün öncədən yazılmasının təmin edilməsi, məzuniyyət ərizələrinin dərhal mərkəzi ofisə email vasitəsi ilə göndərilməsi;
- Məzuniyyət uçotu cədvəllərini Layihələr üzrə yönləndirilməsi (iş illərinə görə qalıq məzuniyyətlərin ümumi qeydiyyatın izlənməsi)
- ŞRT üzrə Ezam edilmiş işçilər şəxslər haqda məlumatların verilməsi, ezam vərəqlərinin hazırlanıb imzalanması;
- Kadrlar üzrə verilmiş bütün növ ƏMRlərin işçilərə tanış edilməsi, izah edilməsi və imzaların toplanması.
- Mövsümi aylarda gücləndirilmiş iş rejimi zamanı işçilərin giriş-çıxış saatlarının qeydiyatına nəzarət;
- 1 C də İşçilərin işə qəbul, xitam, bülleten, icazə, məzuniyyət, ezam və s kimi uçotun aparılması.
Tələblər
- Bəy namizəd
- 3 il iş stajı
- Tələbkarlıq
- Planlaşdırma və təşkilatçılıq bacarığı
- Analitik düşünmə və təhlil etmə bacarığı
- 1 C, Ofis proqramları (Word, Excell)
- İR üzrə istənilən növ sertifikata malik olmalı.
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Qusar və ya yaxın zonalarda yaşayış yerinin olması tələb olunur.
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
- İş yeri Qusar, Ləgər Qışlaq kəndi.
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.