Mühasib

  • Deadline 19 Dekabr 2026

Təsvir

  • Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsi; 
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsi;
  •  Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
  • Daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
  • Bank və kassa əməliyyatlarına nəzarət;
  • Təhtəlhesab şəxslərlə hesablaşaların vaxtında və dəqiq uçotunun aparılması 
  • Debitor və kreditor borclarının izlənilməsi;
  • 1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.

Tələblər

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • 1C proqramı üzrə biliklər
  • Excel bilikləri
  • İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
  • Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
  • Analitik düşünmə və detallara diqqət;
  • Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily37
  • Weekly356
  • Monthly1287