Təsvir
- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
- Daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
- Bank və kassa əməliyyatlarına nəzarət;
- Təhtəlhesab şəxslərlə hesablaşaların vaxtında və dəqiq uçotunun aparılması
- Debitor və kreditor borclarının izlənilməsi;
- 1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
Tələblər
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- 1C proqramı üzrə biliklər
- Excel bilikləri
- İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və detallara diqqət;
- Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.