Əsas vəzifə öhdəlikləri:
- İlkin uçot sənədlərinin işlənməsinin təmin edilməsi; Sənəd dovriyyəsi qaydasına riayət olunmasının təmin edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu mühasibat uçotu hesablarında onların hərəkətini düzgün əks etdirilməsinin təmin edilməsi;
- İstehsal dövriyyəsini və xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmil edilməsi; Kredit əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
- İdxal/İxrac gömrük bəyənnamələrin uçota alınması
- Vergi və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim etmək
- Vergi və digər dövlət orqanlarından daxil olan məktubların cavablandırılması;
- Mövcud olan qanunvericiliyə uyğun olaraq maliyyə-təsərrüfat əməliyyatların dəqiq uçotunun təşkil edilməsi
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarını mühasibat uçotunda əks etdirilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil
- Maliyyə sahəsində 5 il iş təcrübəsi
- ERP proqramları ilə işləmə bacarığı (1C)
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
- Kənd təsərrüfatı və istehsal sahələrdə iş təcrübəsi üstünlükdür.
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
İş şərtləri:
- 5 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.