Vəzifə öhdəlikləri
- Obyekti kənar müdaxilələrdən qorumaq
- Növbə zamanı qıfıl, damğa, siqnalizasiya, telefon, işıqlandırma və yanğın təhlükəsizliyi avadanlıqlarını yoxlamaq
- Hər hansı nasazlıq və ya pozuntu aşkar edilərsə, rəhbərliyə və polisə məlumat vermək
- Yanğın baş verdikdə həyəcan siqnalı vermək, yanğınsöndürənləri və polisi çağırmaq, ilkin tədbirlər görmək
- Giriş-çıxışa nəzarət: işçilər, qonaqlar və nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və qeydiyyat aparmaq
- Yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq
- Növbəni jurnal vasitəsilə qəbul etmək və təhvil vermək
- Giriş-çıxış sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək
İş şəraiti
- Növbəli iş rejimi
- İş yeri Qusar, Ləgər Qışlaq
- Qidalanma şirkət tərəfindən təmin olunur
- Əmək haqqı 400 azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.