Hüquqşünas

  • Deadline 22 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ bazanın hazırlanması və tədbiqi;
  • Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
  • Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.);
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Şirkət daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək;
  • Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan resursları şöbəsinə köməklik etmək;
  • Təşkilatın struktur bölmələrində müqavilə tərtibatı işlərinin yoxlanılması və çatışmamazlıqların aşkarlandığı təqdirdə (müqavilələrin vaxtı-vaxtında imzalanmaması, tərəfmüqabillərlə hesablaşmaların aparılması qaydalarının pozulması, təhvil-təslim qaydaların pozulması və s.) onların aradan qaldırılmasına dair təkliflərin və tədbirlər planının verilməsi;
  • Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Mövcud sahə üzrə iş təcrübəsi, (Korporativ hüquq təcrübəsi üstünlükdür)
  • Rus və ingilis dillərini əla səviyyədə bilməli;
  • MS Offise proqramlarında iş bacarığı; 
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

İş şəraiti:

  • Əmək haqqı razılaşma yolu ilə;
  • 5 günlük iş rejimi
  • Qidalanma şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily13
  • Weekly576
  • Monthly2289