Soyuducu anbar meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Soyuducu anbar meneceri

  • Deadline 13 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şimal Regionunda (Qusar r. Ləyər Qışlaq kəndi) yerləşən,  Logistika Mərkəzinə (Sahəsi 10.000 m2, 10.000 t meyvə saxlanc anbarı, yükləmə boşaltma məntəqələri, 120 nəfər işçi heyyəti) Rəhbər tələb olunur.

İş barədə məlumat:

  • Mal – material hazır məhsulların mədaxili və məxaricini düzgün izləməli
  • Meyvə qəbulu prossesinin təşkili
  • Soyuducu kameralarda yerləşdirilməsi
  • Çeşidləmə prossesinin təşkili və çeşidləmə avadanlıqlarının nızamlanmasına nəzarət
  • Malların qablaşdırılması və paletlənməsinin təşkili və yüklənməsi
  • Tara materiallarına və hazır məhsul anbarın qalıqlarına nəzarət
  • Tələb olunan günlük, həftəlik, aylıq hesabatların verilməsi
  • Sənədləşmə işlərində tələbkar olmalı
  • İşində səliqəli olmalı
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
  • Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
  • Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
  • Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək
  • Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək
  • İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək
  • Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək
  • Yükün göndərilməsi barədə kompüter vasitəsilə 1C proqramında müvafiq əməliyyatları aparmaq                       

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
  • Yüksək səviyyədə MS Office proqramları, 1C, Mercury
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
  • İdarəetmə bacarığı

İş şəraiti

  • İş qrafiki: Tam iş günü
  • 6 günlük iş rejimi 
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri Qusar, Ləgər Qışlaq
  • Əmək haqqı razılaşma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily85
  • Weekly483
  • Monthly1207