A AMOTRADE MMC
  • 1.8K

İnsan Resursları üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Mütəxəssis

  • Deadline 3 June 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması
  • Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması
  • Əmək haqqı tabelinin hazırlanması
  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
  • İşçilərin şəxsi işlərinin tərtib edilməsi
  • Şirkət daxili prosedur və qaydaların hazırlanması
  • Tabel uçotunun aparılması
  • Namizədlər bazasının yaradılması
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi
  • Vəzifə təlimatlarının hazırlanması
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
  • İnsan Resursları üzrə cari və perspektiv planların hazırlanması
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Yalnız bəy namizədlər
  • Müvafiq sahə üzrə 1 ildən artıq iş təcrübəsi
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
  • İdarəetmə bacarığı
  • Əmək məcəlləsinə uyğun sənədləşmə

İş qrafiki: Tam iş günü

6 günlük iş rejimi (9:00-17:00)

Nahar şirkət tərəfindən təmin olunur

İş yeri Lökbatan.

Əmək haqqı 900-1000

  • Daily107
  • Weekly516
  • Monthly2094