Vəzifə Təlimatları:
- Satış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
- Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
- Yazılmış qaimələrin yazılışına,düzgünlüyünə və təsdiqinə nəzarət
- Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
- Mədaxil və məxaric sənədlərinin hazırlanması;
- Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
- Proqramda məhsul və kontragentlərin açılması;
- Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;
- Satış zamanı müştərilər tərəfindən göndərilən sifarışlərin operativ şəkildə proqrama daxil edilməsi;
- Proqrama daxil edilmiş qaimələrin icrasına nəzarət;
- Satış müdirinin verdiyi digər tapşırıqlar.
Namizədə Tələblər:
- Ali təhsil;
- Elektrik məhsullarının satışı sahəsində minimum 2 illik təcrübə;
- 1C 8.3 proqramı üzrə mükəmməl biliklər;
- Ofis proqramları bilikləri mütləqdir;
- Dəqiq , çevik və diqqətli olmalı
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı 800 AZN (NET) + Bonus
- 6 günlük iş rejimi
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “1C Operator” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərsinlər.