Vəzifə öhdəlikləri:
- Kreditorlarla qarşılıqlı hesablaşmaların aparılması, qaimə-fakturaların yoxlanılması və ödəniş planlarının tərtib edilməsi
- Təchizatçılar ilə əlaqələrin yaradılması və lazımı ilkin sənədlərin istənilməsi (elektron/kağız qaimələr, aktlar, hesab-fakturalar)
- Təchizatçılar ilə üzləşmə aktların aparılması
- Kreditor borclarının uçotunu aparmaq,nəzarətdə saxlamaq,hesabatını hazırlamaq
- Bank ödənişlərinin hazırlanması, ödəniş əməliyyatlarının aparılması və müvafiq sənədlərin sistemə daxil edilməsi;
- Kreditor borcları üzrə hesabatların hazırlanması;
- Rəhbərliyə borc vəziyyəti barədə vaxtında məlumat təqdim edilməsi
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 illik təcrübə;
- 1 C proqramından istifadə edə bilməlidir;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- Elektron portallarda işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
- Komanda ilə işləmə və ünsiyyət bacarıqları.
İş Şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Korporativ nömrə,telefon şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 1100 AZN(NET)
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.