Sənədləşmə üzrə mütəxəssis

  • Истекает 21 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri 

  • Gündəlik olaraq, növbəti iş gününə keçən sənədlərin "Excel" cədvəlində qeydiyyatını təmin edir.    
  • Gündəlik olaraq elektron qaimə, təhvil-təslim aktları və digər müşaiyətedici sənədlərin çapı və sistemləşdirilməsi işini icra edir.
  • Sənədlərin müvafiq qaydada təsdiqi (imza və möhür) və zərflənərək kuryer xidməti vasitəsilə göndərilməsi işini icra edir.
  • Gün ərzində müəssisəyə daxil olan və müəssisədən xaric olan sənədlərin Excel proqramı üzərindən qeydiyyatını aparır və daxil olan sənədlərin arxivləşdirilməsini təmin edir
  • Mütəmadi olaraq avans hesabatlarını tərtib edir.
  • “ASAN Doc” platforması vasitəsilə elektron sənəd dövriyyəsini idarə edir.
  • Zəruri sənədlərin skan edilərək elektron poçt vasitəsilə müvafiq müəssisələrə operativ çatdırılmasını təmin edir.
  • Filiallardan daxil olan sənədlərin müvafiq qaydada təsdiqini (imza və möhür) təmin edir, onları skan edərək elektron formatda geri göndərir.
  • Zəruri hallarda müştərilərin təcili sənəd tələblərini qarşılamaq məqsədilə, sənədləri PDF formatında müvafiq filiallara (və ya struktur bölmələrə) təsdiq üçün göndərir
  • Partnyor şirkətlərin daxili tələblərinə uyğun olaraq, müşayiətedici sənədləri fərqli şablonlarda hazırlayır və xüsusi hallara (ezamiyyət, fərqli çatdırılma ünvanları və s.) uyğun sənədləşməni təmin edir.
  • Düzəliş edilmiş qaimələr üzrə müşayiətedici sənədlərin təkrar çapını və göndərilməsini təmin edir
  • Günlük fəaliyyət barədə hesabatları hazırlayaraq baş mühasibə təqdim edir.
  • Kargüzarlıq işlərinin təşkili üçün zəruri olan ofis ləvazimatlarının sifarişini satınalma şöbəsinə təqdim edir.
  • Şirkətlərin hüquqi statusunda (ad, rəhbərlik, ünvan) baş verən dəyişiklikləri izləyir və müraciətlər əsasında zəruri sənədləri (reyestr çıxarışı) tələb edir
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly570
  • Monthly1746