Vəzifə öhdəlikləri
- Gündəlik olaraq, növbəti iş gününə keçən sənədlərin "Excel" cədvəlində qeydiyyatını təmin edir.
- Gündəlik olaraq elektron qaimə, təhvil-təslim aktları və digər müşaiyətedici sənədlərin çapı və sistemləşdirilməsi işini icra edir.
- Sənədlərin müvafiq qaydada təsdiqi (imza və möhür) və zərflənərək kuryer xidməti vasitəsilə göndərilməsi işini icra edir.
- Gün ərzində müəssisəyə daxil olan və müəssisədən xaric olan sənədlərin Excel proqramı üzərindən qeydiyyatını aparır və daxil olan sənədlərin arxivləşdirilməsini təmin edir
- Mütəmadi olaraq avans hesabatlarını tərtib edir.
- “ASAN Doc” platforması vasitəsilə elektron sənəd dövriyyəsini idarə edir.
- Zəruri sənədlərin skan edilərək elektron poçt vasitəsilə müvafiq müəssisələrə operativ çatdırılmasını təmin edir.
- Filiallardan daxil olan sənədlərin müvafiq qaydada təsdiqini (imza və möhür) təmin edir, onları skan edərək elektron formatda geri göndərir.
- Zəruri hallarda müştərilərin təcili sənəd tələblərini qarşılamaq məqsədilə, sənədləri PDF formatında müvafiq filiallara (və ya struktur bölmələrə) təsdiq üçün göndərir
- Partnyor şirkətlərin daxili tələblərinə uyğun olaraq, müşayiətedici sənədləri fərqli şablonlarda hazırlayır və xüsusi hallara (ezamiyyət, fərqli çatdırılma ünvanları və s.) uyğun sənədləşməni təmin edir.
- Düzəliş edilmiş qaimələr üzrə müşayiətedici sənədlərin təkrar çapını və göndərilməsini təmin edir
- Günlük fəaliyyət barədə hesabatları hazırlayaraq baş mühasibə təqdim edir.
- Kargüzarlıq işlərinin təşkili üçün zəruri olan ofis ləvazimatlarının sifarişini satınalma şöbəsinə təqdim edir.
- Şirkətlərin hüquqi statusunda (ad, rəhbərlik, ünvan) baş verən dəyişiklikləri izləyir və müraciətlər əsasında zəruri sənədləri (reyestr çıxarışı) tələb edir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.