2 ştat üzrə Sürücü tələb olunur
- İSUZU sürücüsü - Atyalı qəsəbəsinə yaxın ərazilərdə yaşayan namizədlər müraciət etsin.
- Minik maşını sürücüsü – Müşfiqabad və Xırdalan ərazilərinə yaxın yerlərdə yaşayan namizədlərə üstünlük verilir.
Departamentin adı: Satınalma
Tabe olduğu vəzifənin adı: Nəqliyyat üzrə mütəxəssis
Tabeliyində olan əməkdaşlar: Yoxdur
Əmək funksiyaları:
- Yük maşınının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin edir və reys öncəsi gündəlik texniki baxış keçirir.
- Nəqliyyat vasitəsinin təmiz və səliqəli vəziyyətdə saxlanılmasını təmin edir.
- Gündəlik olaraq Qobu anbarından Sədərək və Abşeron ticarət mərkəzlərinə məhsulların çatdırılmasını həyata keçirir.
- Rayonlara göndəriləcək məhsulların kənar nəqliyyat vasitələri ilə yola salınmasını təmin edir.
- Şəhər daxili məhsul çatdırılmalarını planlaşdırır və günün ikinci yarısında icrasını həyata keçirir.
- Yüklərin müştərilərə müvafiq qaimələr əsasında vaxtında və tam şəkildə təhvil verilməsinə məsuliyyət daşıyır.
- Məhsulların təyinat yerinə təhlükəsiz, vaxtında və düzgün şəkildə çatdırılmasını təmin edir.
- Yükün düzgün yüklənməsi, bərkidilməsi və boşaldılmasına nəzarət edir.
- Qəza, texniki nasazlıq və ya fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat verir.
- Marşrutlara və rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl edir
- Yol hərəkəti qaydalaırna əməl edir.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalaərna əməl edir.
Təhsil tələbləri:
- Hyundai və Isuzu markalı yük avtomobillərini idarə etmək üzrə iş təcrübəsi;
- Bakı şəhərini yaxşı tanımaq;
- B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir, E kateqoriyası arzuolunandır;
- Yaş həddi: 30 yaşdan yuxarı;
- Ən azı 5 il peşəkar sürücülük təcrübəsi.
- Orta təhsil
- Kompyüter biliklərinə dair tələblər:
İxtisas səriştələri:
- Məsuliyyətlilik
- Dəqiqlik
- Diqqətlilik
- Fiziki sağlamlıq və stressə davamlılıq
- Ünsiyyət qabiliyyəti
- Etibarlılıq
- Müştəri və tərəfdaşlarla etik davranış qabiliyyəti
- Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.