10 kV Elektrik Yuvalarının Yığılması üzrə Mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

10 kV Elektrik Yuvalarının Yığılması üzrə Mühəndis

  • Deadline 10 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik avadanlıqlarının istehsalı və montajı sahəsində fəaliyyət göstərən şirkətimizə 10 kV elektrik yuvalarının yığılması üzrə mühəndis axtarılır.

Vəzifə öhdəlikləri:

  • 10 kV elektrik yuvalarının yığılması və montaj işlərinin həyata keçirilməsi;
  • Elektrik yuvalarının texniki layihə və sxemlərə uyğun şəkildə yığılmasının təmin edilməsi;
  • Elektrik avadanlıqlarının düzgün qoşulması və montajının həyata keçirilməsi;
  • Yığılmış yuvaların texniki baxış və ilkin yoxlanılmasının aparılması;
  • Elektrik sxemlərinin və texniki çertyojların oxunması və tətbiq edilməsi;
  • Avadanlıqların texniki tələblərə və standartlara uyğunluğunun yoxlanılması;
  • Aşkarlanmış texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
  • İş prosesində texniki təhlükəsizlik qaydalarına riayət olunması;
  • Görülən işlər üzrə texniki məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • 10 kV elektrik yuvalarının yığılması və ya orta gərginlikli elektrik avadanlıqları üzrə iş təcrübəsi;
  • Elektrik sxemlərini, prinsipial sxemləri və texniki çertyojları oxuma bacarığı;
  • Elektrik avadanlıqlarının quruluşu və iş prinsipi haqqında yaxşı bilik;
  • Ölçü cihazlarından və elektrik alətlərindən istifadə bacarığı;
  • Texniki təhlükəsizlik və elektrik təhlükəsizliyi qaydaları haqqında bilik;
  • İşə məsuliyyətli və diqqətli yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Operativ və texniki problemlərin həlli bacarığı.

İş şəraiti:

  • Daimi iş;
  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Elektrik avadanlıqlarının istehsalı və yığılması sahəsində praktiki fəaliyyət;
  • İşə qəbul əmək müqaviləsi əsasında həyata keçirilir.

İş yeri - Quba rayonu

Əmək haqqı:

  • Razılaşma yolu ilə, namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

CV-lərinizi [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərsiniz.

  • Daily109
  • Weekly240
  • Monthly840