Elektrik avadanlıqlarının istehsalı və montajı sahəsində fəaliyyət göstərən şirkətimizə 10 kV elektrik yuvalarının yığılması üzrə mühəndis axtarılır.
Vəzifə öhdəlikləri:
- 10 kV elektrik yuvalarının yığılması və montaj işlərinin həyata keçirilməsi;
- Elektrik yuvalarının texniki layihə və sxemlərə uyğun şəkildə yığılmasının təmin edilməsi;
- Elektrik avadanlıqlarının düzgün qoşulması və montajının həyata keçirilməsi;
- Yığılmış yuvaların texniki baxış və ilkin yoxlanılmasının aparılması;
- Elektrik sxemlərinin və texniki çertyojların oxunması və tətbiq edilməsi;
- Avadanlıqların texniki tələblərə və standartlara uyğunluğunun yoxlanılması;
- Aşkarlanmış texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
- İş prosesində texniki təhlükəsizlik qaydalarına riayət olunması;
- Görülən işlər üzrə texniki məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- 10 kV elektrik yuvalarının yığılması və ya orta gərginlikli elektrik avadanlıqları üzrə iş təcrübəsi;
- Elektrik sxemlərini, prinsipial sxemləri və texniki çertyojları oxuma bacarığı;
- Elektrik avadanlıqlarının quruluşu və iş prinsipi haqqında yaxşı bilik;
- Ölçü cihazlarından və elektrik alətlərindən istifadə bacarığı;
- Texniki təhlükəsizlik və elektrik təhlükəsizliyi qaydaları haqqında bilik;
- İşə məsuliyyətli və diqqətli yanaşma;
- Komandada işləmək bacarığı;
- Operativ və texniki problemlərin həlli bacarığı.
İş şəraiti:
- Daimi iş;
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Elektrik avadanlıqlarının istehsalı və yığılması sahəsində praktiki fəaliyyət;
- İşə qəbul əmək müqaviləsi əsasında həyata keçirilir.
İş yeri - Quba rayonu
Əmək haqqı:
- Razılaşma yolu ilə, namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
CV-lərinizi [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərsiniz.