Axtardığımız Namizəd:
- Elektrik panolarının içində elektrik avadanlıqlarını (avtomat açarlar, qoruyucu qurğular və s.) düzgün şəkildə yığmağı və montaj etməyi bacaran peşəkar usta axtarırıq.
Namizədə Tələblər:
- Elektrik panolarının yığılması üzrə praktiki təcrübə (minimum 1 il və ya sahədə yüksək bacarıq)
- Elektrik sxemlərini oxuma və ona uyğun montaj etmə bacarığı
- Avtomat karobkalarının və digər elektrik avadanlıqlarının quraşdırılması üzrə bilik və bacarıq
- Texniki peşə təhsili (elektrik üzrə texnikum və ya peşə məktəbi)
- Məsuliyyətli, diqqətli və təhlükəsizlik qaydalarına əməl edən
- Komandada işləmə və müstəqil işləmə qabiliyyəti
Vəzifə Öhdəlikləri:
- Layihə sənədlərinə uyğun elektrik panolarının yığılması və montajı
- Avtomat karobkalarının, qoruyucu qurğuların və digər avadanlıqların quraşdırılması
- Sınaq və ilkin yoxlama işlərinin aparılması
- Texniki standart və təhlükəsizlik qaydalarına riayət edilməsi
Biz Təklif Edirik:
- Rəqabətə davamlı əmək haqqı (namizədin bilik və bacarığına uyğun)
- Təhlükəsizlik və texniki biliklərin artırılması üçün daxili təlimlər
- Rəsmi əmək müqaviləsi və sosial təminatlar
Müraciət üçün:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
- Əlavə məlumat üçün +994503067100 ilə əlaqə saxlayın
- İş yeri: Quba rayonu Vəl-Vələ