A AN Production
  • 333

Qaynaqçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qaynaqçı

  • Истекает 29 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş qrafiki: 6 günlük
  • Nahar saatı: 13:00-14:00
  • İstirahət günü –Bazar
  • Əmək haqqı: 1000 -1500 azn

Namizədə dair tələblər

  • Müasir qaynaq aparatları ilə işləməyi  bacarmalıdır.
  • Metal konstruksiya və boru qaynağı işlərində  ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
  • İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
  • Qaynaq  edərkən Qaynaq Prosedurunun tələblərinə  uyğun işini qurmalı, qaynaq  tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS welding procedure specification) uyğun yerinə yetirməyi bacarmalıdır;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
  • Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
  • İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
  • Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
  • Temperatur rejiminə ciddi nəzarət etməlidir;
  • Qaynaq avadanlıqlarının, Arqon, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
  • Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;

Qeyd: Arqon ilə işləməyu bilən namizədə üstünlük verilir.
Ünvan: Kənd Əhmədli qəsəbəsi

Tələblərə uyğun olan namizədlər CV - ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu yerinə “Qaynaqçı” qeyd edib) göndərsinlər. Elaqe nomresi: 0512400606

  • Daily3
  • Weekly481
  • Monthly485