E-kommersiya üzrə satış təmsilçisi

  • Deadline 7 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

E-kommersiya sahəsində karyera qurmaq istəyən, satış və müştəri xidmətlərində təcrübəli, enerjili və məsuliyyətli namizədləri komandamıza dəvət edirik!

İşin Təsviri:

  • E-kommersiya sorğularının cavablandırılması və sifarişlərin icrası
  • Stokdan məhsulun yığılması və sənədləşdirilməsi
  • Fors-major hallarda rəhbərliyə məlumat verilməsi
  • Satışların CRM sisteminə işlənməsi
  • Zəng, WhatsApp, sayt və e-mail vasitəsilə gələn müraciətlərin cavablandırılması
  • Biznes partnyorlarla məhsul və stok məlumatlarının paylaşılması
  • Həftəlik və aylıq hesabatların təqdim olunması
  • Mağazada canlı yayında iştirak etmək.

Tələblər:

  • Orta ixtisas və ya ali təhsil (Biznes, iqtisadiyyat, marketinq sahəsində üstünlük verilir)
  • Yaş həddi: 20-36
  • Minimum 1 il müvafiq sahədə təcrübə
  • 1C proqramını bilməli
  • B2B, B2C və onlayn satış sahəsində bilik və bacarıq
  • Əla səviyyədə Azərbaycan dili, işgüzar rus dili, ingilis dili arzuolunandır
  • MS Office və e-poçt proqramlarında peşəkar bilik
  • Onlayn platformalarla iş təcrübəsi
  • Dəqiq, lokanik ünsiyyət və təqdimat bacarığı
  • Məsuliyyətli, çevik və stresə davamlı

İş Şəraiti:

  • 6 iş günü (şənbə - qısa iş günü)
  • İstirahət günü: bazar günü
  • Əmək haqqı: 700-800 AZN (təcrübə və bacarıqlara əsasən)
  • Rəsmi əmək müqaviləsi ilə sənədləşmə
  • İş ünvanı; Səbail rayonu, Nigar Rəfibəyli 16 (Mərkəzi Univermağın yanı)

Namizədlər CV-lərini E-kommersiya üzrə satış təmsilçisi başlığı altında [email protected] ünvanına və ya +994 51 277 11 10 nömrəsinin WhatsApp-ına göndərsinlər.

  • Daily12
  • Weekly662
  • Monthly795