E-kommersiya sahəsində karyera qurmaq istəyən, satış və müştəri xidmətlərində təcrübəli, enerjili və məsuliyyətli namizədləri komandamıza dəvət edirik!
İşin Təsviri:
- E-kommersiya sorğularının cavablandırılması və sifarişlərin icrası
- Stokdan məhsulun yığılması və sənədləşdirilməsi
- Fors-major hallarda rəhbərliyə məlumat verilməsi
- Satışların CRM sisteminə işlənməsi
- Zəng, WhatsApp, sayt və e-mail vasitəsilə gələn müraciətlərin cavablandırılması
- Biznes partnyorlarla məhsul və stok məlumatlarının paylaşılması
- Həftəlik və aylıq hesabatların təqdim olunması
- Mağazada canlı yayında iştirak etmək.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (Biznes, iqtisadiyyat, marketinq sahəsində üstünlük verilir)
- Yaş həddi: 20-36
- Minimum 1 il müvafiq sahədə təcrübə
- 1C proqramını bilməli
- B2B, B2C və onlayn satış sahəsində bilik və bacarıq
- Əla səviyyədə Azərbaycan dili, işgüzar rus dili, ingilis dili arzuolunandır
- MS Office və e-poçt proqramlarında peşəkar bilik
- Onlayn platformalarla iş təcrübəsi
- Dəqiq, lokanik ünsiyyət və təqdimat bacarığı
- Məsuliyyətli, çevik və stresə davamlı
İş Şəraiti:
- 6 iş günü (şənbə - qısa iş günü)
- İstirahət günü: bazar günü
- Əmək haqqı: 700-800 AZN (təcrübə və bacarıqlara əsasən)
- Rəsmi əmək müqaviləsi ilə sənədləşmə
- İş ünvanı; Səbail rayonu, Nigar Rəfibəyli 16 (Mərkəzi Univermağın yanı)
Namizədlər CV-lərini E-kommersiya üzrə satış təmsilçisi başlığı altında [email protected] ünvanına və ya +994 51 277 11 10 nömrəsinin WhatsApp-ına göndərsinlər.