İş barədə məlumat:
- Gün ərzində sifarişlərin operativ, təhlükəsiz və vaxtında çatdırılması
- Çatdırılma ünvanlarının düzgün müəyyən edilməsi və navigasiyadan effektiv istifadə
- Sifarişlərin təhvil-təslim prosesinin prosedurlara uyğun şəkildə aparılması
- Müştəri məmnuniyyətinin təmin edilməsi, etik və nəzakətli ünsiyyət
- Çatdırılma zamanı məhsulların zədəsiz şəkildə qorunması
- Çatdırılma nəticələrinin (qalıq,təhvil verilmiş sifarişlər və s.) düzgün qeyd olunması
- Yolda təhlükəsizlik qaydalarına riayət etmək, sürücülük davranışını yüksək səviyyədə saxlamaq
- Şirkətin xidmət standartlarına və daxili qaydalarına ciddi əməl etmək
Namizədə tələblər:
- Yaş: 19–30
- Cins: kişi
- A kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir
- Motokuryer kimi iş təcrübəsi üstünlükdür
- Moped və ya motosikletə sahib olmaq
- Bakı və ətraf yolları yaxşı tanımaq, optimal marşrut qurmaq bacarığı
- Navigasiya tətbiqləri ilə (Google Maps, Waze və s.) sərbəst işləmək
- Sürücülük və təhlükəsizlik qaydalarına riayət etmək
- Operativlik, məsuliyyətlilik,müştəri yönümlülük və vaxt idarəetmə bacarığı
İş şəraiti:
- İş günlərinin sayı 6 gün; (6-cı gün qısa iş günü 10:00-14:00);
- İstirahət: Bazar günü
- Əmək haqqı: 700 AZN (ilk aylar üçün, sonrakı aylarda artım nəzərdə tutulur)
- Rəsmi əmək müqaviləsi ilə sənədləşmə
- İş ünvanı; Binəqədi qəs., Binəqədi şossesi, Polis Bölməsindən sonra Binəqədi Bravo SM yaxınlığı.
Müraciət:
CV-lərinizi [email protected] mail ünvanına göndərə və ya +994 51 277 11 10 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz.