APAR – CEO (Chief E-Scooter Officer) axtarışındadır!
Şəhəri skuter ilə kəşf etməyə hazır, urban həyat tərzini sevən və hərəkətdə olmağı xoşlayan birisənsə, bu elan məhz sənlikdir!
Axtardığımız Chief Scooter Officer:
- Yeni yerləri kəşf etməyi sevən və tıxacdan qaçmağın yollarını bilən
- Urban mədəniyyətinə töhfə vermək istəyən
- Skuter nəqliyyatının rahatlığını dəyərləndirən
Öhdəliklər:
- Şəhərdə mikromobillik mədəniyyətini təbliğ etmək
- Tıxacda qalmağı və vaxt itirməyi sevməmək
- Yaşıl gələcəyi və dayanıqlı şəhər həyatını dəstəkləmək
- Enerjili, pozitiv olmaq və hərəkətdə olmağı sevmək
Təkliflərimiz:
- Tam yeni və komfortlu skuter
- Sərfəli ekonom paket və limitsiz hərəkət azadlığı
- Apar ailəsinə qoşulmaq imkanı
- Və ən əsası — şəhərin gələcəyini hərəkətə gətirən ilk Chief Scooter Officer olmaq!
Komandamıza qoşulmağa hazırsan?
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Qeydiyyat 2 gün keçərlidir