Apar komandası olaraq şəhər nəqliyyatını daha ağıllı, sürətli və əlçatan etməyə çalışırıq.
Bu yolda bizə qoşulacaq, öyrənməyə həvəsli və inkişaf etmək istəyən bir Mobil tətbiq üzrə Məhsul təcrübəçi axtarırırq
Gözlədiklərimiz:
- İstifadəçi ehtiyaclarını araşdırmaq və bu ehtiyaclara əsaslanaraq funksional tələblər formalaşdırmaq
- Məlumatlara əsaslanaraq qərarvermə bacarığı
- Analitik düşüncə, kreativ yanaşma və təşəbbüskar olmaq
- Texniki və qeyri-texniki komandalarla effektiv şəkildə ünsiyyət qurmaq
- Tapşırıqları priorietləşdirmək və məhsul roadmap-ını idarə etmək
- Yeni funksiyaların hazırlanması və test mərhələsində detallara diqqət yetirmək
Üstünlük sayılacaq:
- Texniki sahədə (IT, mühəndislik, proqramlaşdırma) təhsil və baza bilikləri
- Trello, Jira, Notion, Figma və ya bənzər alətlərlə tanışlıq
- Azərbaycan dili səlis, İngilis dili biliyi (ən azı B1 səviyyəsində)
Biz sizə nə təklif edirik?
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq rəsmi şəkildə rəsmiləşdirmə
- Real məhsul üzərində işləmək imkanı
- Təcrübə proqramını uğurla başa vurduqdan sonra tam ştatla işləmək imkanı
- Gənc və dinamik komandada çalışma fürsəti
- Şəhər mərkəzində yerləşən rahat ofis
- Təcrübə müddəti: 3 ay
- İş rejimi: 5 günlük /09.10-18.00
- Aylıq əmək haqqı: 400 AZN
Müraciət üçün:
- Mövzu hissəsində “Product Management Intern” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin