Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
- Velosipedləri davamlı baxım və təmir işlərinin həyata keçirilməsi.
- Velosipedlərin texniki vəziyyətinin mütəmadi olaraq yoxlanılması və lazımi tədbirlərin görülməsi.
- Velosiped hissələrinin dəyişdirilməsi, tənzimlənməsi və yaxşılaşdırılması.
- Baxım və təmir işlərinin sənədləşdirilməsi və hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
- Velosipedlərin təmiri və baxımı sahəsində geniş məlumat və təcrübə.
- Yenilikləri qəbul etməyə və öyrənməyə həvəsli olmaq.
- Yüksək səviyyədə problem həlli və analitik düşünmə bacarıqları.
- Müştəri məmnuniyyətini əsas götürən iş prinsipi.
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Velosiped Mexaniki” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.