Apar (Bike-Sharing Startup) Apar (Bike-Sharing Startup)
  • 731
Apar (Bike-Sharing Startup)

Apar (Bike-Sharing Startup)

Elektrik avadanlıqları

Velosiped üzrə ərazi kollektoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Velosiped üzrə ərazi kollektoru

  • Deadline 23 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət haqqında məlumat: 

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir. 

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir. 

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

Tələblər:

  •  Yeni qurulan velosiped kiralama şirkətimiz üçün dinamik, enerjili və fiziki cəhətdən aktiv Kollektorlar axtarırıq. Bu rol, velosipedlərimizin gün ərzində müştərilərimiz üçün ən uyğun və çoxluq olan yerlərə yerləşdirilməsini və idarə olunmasını əhatə edir. Bu vəzifə, şirkətimizin operativ effektivliyini artırmaq və müştəri məmnuniyyətini təmin etmək üzrə önəmli bir rol oynayır. Namizəd, velosipedlərimizin optimal paylanmasını və yer dəyişməsin təmin etməklə, xidmət təklifimizin keyfiyyətini maksimum dərəcədə yaxşılaşdıracaq.

İş barədə məlumat: 

  • Velosipedlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılması və yer dəyişdirməsi 
  • Velosipedlərin təhlükəsizliyinin və texniki vəziyyətinin yoxlanılmasi
  • Gün ərzində velosipedlərin tələbatı yüksək olan yerlərə uyğun şəkildə paylanması
  • Velosiped kiralama sisteminin effektiv işləməsi üçün lazımi logistika və planlaşdırma işlərinin aparılması
  • İş rejimi-növbəli 
  • Əmək haqqı –600

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Velosiped üzrə ərazi kollektoru” yazaraq e-mail ünvanına göndərmənizi xahiş edirik. 

  • Daily0
  • Weekly543
  • Monthly2387