APAR şirkətinə Velosiped üzrə ərazi kollektoru tələb olunur
Tələblər:
- Dinamik, enerjili və fiziki cəhətdən aktiv bəy namizədləri
- 21-30 yaş
- Velosiped və skuter sürmə bacarığı vacibdir
İş barədə məlumat:
- Velosipedlərin və ya skuterlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılması
- Velosipedlərin / skuterlərin təhlükəsizliyinin və texniki vəziyyətinin yoxlanılmasi
- Gün ərzində velosipedlərin / skuterlərin tələbatı yüksək olan yerlərə uyğun şəkildə paylanması
- Velosiped kiralama sisteminin effektiv işləməsi üçün lazımi logistika və planlaşdırma işlərinin aparılmasına dair ilkin işlər
- İş vaxtı- 09.00-17.00, 6 günlük iş rejimi, həftədə bir gün istirahət
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Ərazi kollektoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.