A AQQ Group MMC
  • 286

Elektrik-mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik-mexanik

  • Deadline 14 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Avadanlığın quraşdırılması və montajı
  • Lift nəzarət sistemləri, kart sistemləri, quraşdırılması üzrə elektrik-montaj işlərinin yerinə yetirilməsi.
  • Elektrik zəncirlərinin qoşulması, kabel xətlərin çəkilməsi və avadanlığın kommutasiyası.
  • Elektrik panellərinin, paylayıcı qutuların, kontrollerlərin və digər komponentlərin quraşdırılması.
  • Texniki xidmət və təmir
  • Avadanlığın texniki sənədlərə və layihə tələblərinə uyğun qurulması.
  • Görülən işlərin texniki norma və təhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılması.
  • Quraşdırılmış avadanlıqların müntəzəm profilaktik baxışdan keçirilməsi.
  • Nəzarət-ölçü cihazlarından istifadə edərək diaqnostikanın aparılması.
  • Nasazlıqların aşkarlanması və aradan qaldırılması, zədələnmiş hissələrin dəyişdirilməsi.
  • Avadanlığın fasiləsiz işləməsinin təmin edilməsi, dayanmaların minimallaşdırılması.
  • Texniki xidmət jurnallarının və görülən işlərin qeydiyyatının aparılması.
  • Avadanlıq istismara verilməzdən əvvəl mühafizə sistemlərinin yoxlanılması və test edilməsi.
  • Torpaqlama sistemlərinin qurulması, avtomatik açıcılar və qoruyucu elementlərin quraşdırılması.
  • Fərdi mühafizə vasitələrinin və alətlərin saz vəziyyətdə olmasının nəzarəti.
  • Potensial təhlükələrin vaxtında aradan qaldırılması və rəhbərliyin məlumatlandırılması.
  • Quraşdırılmış avadanlıq üzrə texniki sənədlərin aparılması.
  • Görülən işlər, aşkar olunan nasazlıqlar və onların aradan qaldırılması 
  • Avadanlığın işinin yaxşılaşdırılması və qəzaların azaldılması üzrə təkliflərin hazırlanması.

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
  • Elektrik normativləri və qaydaları haqqında biliklər;
  • Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı.
  • Əmək haqqı: Razılaşma əsasında.  Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir. Müvafiq sahə üzrə xüsusi dərəcə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcək.

Iş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Iş yeri: Bakı şəhəri, mərkəz.

Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə menecer" vakansiyasını qeyd etməklə
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily97
  • Weekly602
  • Monthly1355