Namizəddən tələblər:
- Ali Təhsil(peşə təhsili)
- Anbar və qalıqların idarə edilməsi barəsində məlumatlı olması
- MS ofis proqramları barəsində məlumatlı olmalı
- 1C proqramı ilə çalışma bacarığı
Vəzifə funksiyaları:
- Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək;
- Anbara mədaxil olunan malları sayaraq təhvil-təslim aktına, yoxlama siyahısına və digər sənədlərə əsasən düzgün qəbul etmək;
- Anbardan çıxarılan malları sayaraq təhvil-təslim aktı ilə malı çıxarana təhvil vermək;
- Anbara qəbul olunan və çıxarılan malların müvafiq məlumat sistemində uçotunu aparmaq,
- Anbara daxil olan mallara vizual baxış keçirmək və problem aşkarlandığı halda qeydiyyatını apararaq müvafiq struktura məlumat vermək;
Əmək haqqı: 900-1000 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq https://careers.ram.az/?vacancy=2670&source=UC_HBS8ZI linki üzərində qeydiyyatdan keçmələri və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.