Aqrar İnnovasiya və Təchizat Şirkəti Aqrar İnnovasiya və Təchizat Şirkəti
  • 604

Aqronomiya üzrə təcrübə proqramı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aqronomiya üzrə təcrübə proqramı

  • Deadline 9 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aqrar İnnovasiya və Təchizat Şirkəti aqronomiya, kimya, biologiya və biotexnologiya üzrə təhsilini yeni başa vurmuş və aqronomiya sahəsi üzrə həm təlim, həm təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir 
6 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər? Gələcək karyeranızı aqronomiya sahəsində görürsünüzsə, müraciətlərinizi gözləyirik!
Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz: 

  • Həm təlim, həm təcrübə əldə edərkən, həm də maddi olaraq qazanma imkanı;
  • Yerli və xarici mütəxəssislərdən öyrənmək fürsəti;
  • Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
  • Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
  • Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.

Qeyd: Təcrübə proqramı rəsmidir və əmək haqqı (500 AZN) ödənilir.  
Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq.
Proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimiz:

  • Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya üzrə);
  • Ezamiyyələrə hazır olmalı;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Dil bilikləri: İngilis dili üstünlükdür. 

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən elektron ünvanına mövzu hissəsinə “Aqronom Təcrübəçi” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.

Şirkət haqda daha ətraflı məlumat üçün: https://aisco.az/ 

  • Daily0
  • Weekly325
  • Monthly353