Namizədə olan tələblər:
- Logistika, Təchizat, Biznes və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Minimum 1–3 il logistika sahəsində iş təcrübəsi;
- İdxal-ixrac və gömrük sənədləşməsi üzrə biliklər üstünlükdür;
- MS Office və ERP və 1C proqramları ilə işləmə bacarığı;
- Güclü kommunikasiya, analitik düşünmə və təşkilatçılıq bacarıqları;
- Operativ, məsuliyyətli və komandada işləmə bacarığı;
- Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Yüklərin ölkə daxili bütün istiqamətlərdə daşınmasını təşkil və koordinasiya edilməsi;
- Daşıma üçün nəqliyyat vasitələrinin seçilməsi, sifarişin verilməsi və izlənməsi;
- Daşımaya dair bütün sənədlərin (CMR, TIR, invoice, packing list və s.) hazırlanması və düzgün dövriyyəsi;
- Anbar əməliyyatları ilə koordinasiya: qəbul, yükləmə-boşaltma, stokun idarə edilməsi;
- İdxal-ixrac və gömrük rəsmiləşdirilməsi proseslərinə nəzarət və proseslərin uyğunluğunun təmin edilməsi;
- Daşıma marşrutlarının və logistika xərclərinin optimallaşdırılması;
- Daşıyıcı şirkətlərlə əməkdaşlıq və tarif danışıqların aparılması;
- Gündəlik daşınma statuslarını izləmək və rəhbərliyə hesabat təqdim edilməsi;
- Logistika sistemlərində və ERP-də məlumatların qeydiyyatı və yenilənməsi;
- Risklərin idarə edilməsi, gecikmə və zərər halların araşdırılması və həll edilməsinə dəstək verilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200-1500 AZN;
- İş qrafiki: Tam iş günü (6 gün)
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2168&source=UC_HBS8ZI
Və ya [email protected] email ünvanına “Təchizat (Logistika) üzrə koordinator” yazaraq CV-lərini göndərə bilər.