Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Müvafiq sahə (təchizat zənciri və ya logistika) üzrə minimum 3 il iş təcrübəsi olmalı;
- Kompüter bilikləri: Excel bilikləri (əla səviyyədə), 1C proqramı üzrə baza biliklər;
- Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür;
- Analitik düşüncə bacarığına sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Satış təmsilçiləri və regional anbardarlardan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərin araşdırılması;
- Şirkət məhsullarının təchizatı və daşınması ilə bağlı lazım olan bütün əməliyyatların icra edilməsi;
- Satış nöqtələrinin və regional anbarların stoklarının mütəmadi olaraq izlənilməsi;
- Sifarişçilərin anbar kəsrinin olub-olmamasının yoxlanılması və buna uyğun müvafiq tədbirlərin görülməsi;
- Təhvil-təslim aktlarının reyestrinin aparılması və arxivləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi;
- Malların daşınma və paylanma planlarının hazırlanması və onu daşımanı həyata keçirəcək şirkətə təqdim olunması;
- Yararsız vəziyyətə düşmüş məhsulların "defect" anbarına göndərilməsi və "defect" anbarının idarə edilməsi;
- Aylıq hər bir daşınma xərclərinin təhvil alınması, yoxlanılması, işlənilməsi ilə bağlı hesabatların baş direktora təqdim olunması, təsdiq olunduqdan sonra maliyə şöbəsinə göndərilməsi;
- İş fəaliyyəti ilə bağlı birbaşa direktora hesabatların verilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200-1500 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2168&source=UC_HBS8ZI
Və ya [email protected] email ünvanına “Təchizat üzrə Mütəxəssis” yazaraq CV-lərini göndərə bilər.