Özünə və peşəkar qabiliyyətinə güvənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, təhlili və formallaşdırılması;
- Biznes proseslərin hazırlanması və təsviri;
- Texniki tapşırıqların və spesifikasiyaların hazırlanması;
- Təqdimatların və demo sessiyaların hazırlanması və keçirilməsində iştirak;
- Tətbiq olunan həllərin effektivliyinin təhlili və qiymətləndirilməsi.
Tələblər:
- Ali təhsil (IT və ya oxşar sahə üzrə);
- Biznes-analitik kimi ən azı 2 illik iş təcrübəsi (IT və ya oxşar sahələrdə);
- Jira/Confluence və oxşar sistemlərlə işləmə təcrübəsi;
- SQL üzrə baza bilikləri;
- Biznes proseslərinin təsviri metodologiyaları və notasiya bilikləri (BPMN, UML və s.);
- Texniki sənədlərin, tələblərin və spesifikasiyaların hazırlamaq bacarığı;
- Proqram təminatının hazırlanma dövrü (SDLC, Agile/Scrum) haqqında anlayış;
- CBAP, PMI-PBA, IREB və s. beynəlxalq sertifikatlar arzuolunandır;
- Analitik düşüncə;
- Detallara diqqətlilik;
- Ünsiyyət və təqdimat bacarığı;
- Stresə davamlılıq.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd: CV-lərinizi mövzu hissəsində “İnformasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi” yazaraq Müraciət Et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!