Marketinq üzrə baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq üzrə baş mütəxəssis

  • Истекает 8 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri: 

  • Marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planın icrasını təmin etmək;
  • Cəmiyyətin layihə, məhsul və xidmətlərinin tanıdılması, fermer məhsullarının satışının təşviqi və bazara çıxış imkanlarının genişləndirilməsi üzrə marketinq kampaniyaları hazırlamaq və həyata keçirmək;
  • Meta, Google, YouTube, TikTok, LinkedIn və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlamaq, həyata keçirmək, monitorinq etmək və optimallaşdırmaq;
  • Bazar, hədəf auditoriya və istehlakçı davranışlarını araşdırmaq;
  • Marketinq fəaliyyətlərinin nəticələrini və KPI göstəricilərini təhlil etmək, hesabat və təkliflər hazırlamaq;
  • Marketinq büdcəsinin hazırlanmasında iştirak etmək.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli istiqamət üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq və reklam platformaları üzrə praktiki biliklər;
  • Bazar və istehlakçı araşdırmalarının aparılması və nəticələrin təhlili bacarığı;
  • Marketinq KPI-larının formalaşdırılması və monitorinqi üzrə təcrübə;
  • Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı;
  • Güclü kommunikasiya və koordinasiya bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq.

İş rejimi:

CV-lərinizi mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

  • Daily15
  • Weekly501
  • Monthly752