Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planın icrasını təmin etmək;
- Cəmiyyətin layihə, məhsul və xidmətlərinin tanıdılması, fermer məhsullarının satışının təşviqi və bazara çıxış imkanlarının genişləndirilməsi üzrə marketinq kampaniyaları hazırlamaq və həyata keçirmək;
- Meta, Google, YouTube, TikTok, LinkedIn və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlamaq, həyata keçirmək, monitorinq etmək və optimallaşdırmaq;
- Bazar, hədəf auditoriya və istehlakçı davranışlarını araşdırmaq;
- Marketinq fəaliyyətlərinin nəticələrini və KPI göstəricilərini təhlil etmək, hesabat və təkliflər hazırlamaq;
- Marketinq büdcəsinin hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli istiqamət üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəqəmsal marketinq və reklam platformaları üzrə praktiki biliklər;
- Bazar və istehlakçı araşdırmalarının aparılması və nəticələrin təhlili bacarığı;
- Marketinq KPI-larının formalaşdırılması və monitorinqi üzrə təcrübə;
- Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı;
- Güclü kommunikasiya və koordinasiya bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.