A Aqrar Tədarük və Təchizat
  • 1.2K

Aqrar Tədarük və Təchizat

Ərzaq məhsulların istehsalı

Marketinq və satışın təşkili şöbəsinin aparıcı mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və satışın təşkili şöbəsinin aparıcı mütəxəssisi

  • Deadline 24 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Marketinq planlarının hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;
  • Reklam və tanıtım kampaniyalarının təşkili, reklam materiallarının hazırlanmasında iştirak;
  • Cəmiyyətin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi ilə bağlı fəaliyyətlərə dəstək vermək.
  • Satış hədəflərinə uyğun tədbirlərin həyata keçirilməsi və satış komandası ilə koordinasiya;
  • Müştəri bazasının genişləndirilməsi və müştəri münasibətlərinin idarə olunması;
  • Satış kampaniyalarının hazırlanması və tətbiqi üzrə müvafiq təkliflərin hazırlanması.
  • Mövcud bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini təhlil etmək;
  • Müştəri ehtiyacları və gözləntiləri barədə məlumatların toplanması və təhlili;
  • Analitik hesabatların hazırlanmasında iştirak.
  • Sosial media hesablarının idarə olunmasına dəstək göstərmək (postlar, reklamlar, statistik analizlər);
  • Rəqəmsal alətlər (Google Ads, Facebook Ads, e-poçt marketinqi və s.) ilə işləmək bacarığı olanlar üçün aktiv fəaliyyət.
  • Görülən işlər üzrə aylıq və rüblük hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Keçirilən tədbir və kampaniyaların nəticələrinin qiymətləndirilməsi və təkliflər verilməsi.
  • Təşkilatın digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək;
  • Təchizatçılar, reklam agentlikləri və digər partnyorlarla əlaqə saxlayaraq işlərin gedişinə nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat, kommunikasiya və ya əlaqədar sahələr üzrə)
  • Marketinq və / və ya satış sahəsində azı 3 illik iş təcrübəsi;
  • Müvafiq proqramlar və sistemlər üzrə təcrübə.
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır
  • MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Marketinqin əsas prinsipləri və satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
  • Məlumatların təhlili və hesabat hazırlamaq bacarığı;
  • Rəqəmsal marketinq və sosial media platformaları ilə tanışlıq;

Fərdi keyfiyyət tələbləri:

  • İnkişafayönümlülük və təşəbbüskarlıq
  • Effektiv ünsiyyət və təsir etmə bacarığı
  • Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
  • Təşkilatçılıq və vaxtın effektiv İidarə edilməsi
  • Komandada işləmək bacarığı;

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Marketinq və satışın təşkili şöbəsinin aparıcı mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly246
  • Monthly250