“Protokol işi üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Rəsmi tədbirlərdə dövlət və korporativ protokol qaydalarına riayət etmək;
- Salamlaşma, təqdimetmə və müraciət formalarını düzgün tətbiq etmək;
- Rütbə və vəzifə üstünlüyünə (prioritetə) uyğun davranış qaydalarını təmin etmək;
- Rəsmi tədbirlərdə (masa, zal, nəqliyyat vasitəsi və s.) oturma planını hazırlamaq və tətbiq etmək;
- Dövlət və beynəlxalq tədbirlərdə bayraqların düzgün yerləşdirilməsini təmin etmək;
- Rəsmi delegasiyaların yerləşdirilməsini protokola uyğun təşkil etmək;
- Rəsmi görüşlərin, konfransların və qəbul mərasimlərinin təşkilini həyata keçirmək;
- Tədbirlərin proqramını və ssenarisini hazırlamaq;
- Tədbir vaxtının düzgün planlanmasını və idarə olunmasını təmin etmək;
- Rəsmi və nəzakətli ünsiyyət qaydalarına riayət etmək;
- Çətin və həssas situasiyaları diplomatik və sakit şəkildə həll etmək;
- Xarici qonaqlarla mədəni fərqləri nəzərə alaraq peşəkar ünsiyyət qurmaq;
- Dəvət məktublarının və rəsmi çağırışların hazırlanmasını təmin etmək;
- Rəsmi yazışmaları (e-mail, məktub və s.) düzgün formatda tərtib etmək;
- Protokol siyahıları, iştirakçı siyahıları və tədbir planlarını hazırlamaq;
- Rəsmi və korporativ geyim qaydalarına riayət etmək.
Tələblər:
- Ali təhsil (idarəetmə, beynəlxalq münasibətlər və ya oxşar sahələr üzrə üstünlükdür);
- Minimum 1–3 il protokol, rəsmi tədbir təşkili və ya inzibati sahədə iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə bilik;
- İngilis dili (orta səviyyə), rus dili arzuolunandır.
- Protokol qaydaları, rəsmi yazışmalar, tədbir təşkili və iş planlama bacarıqları;
- Protokol, etiket və ya tədbir təşkilatçılığı üzrə sertifikatlar arzuolunandır;
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil, səliqəli və stresə davamlı olmaq;
- Ünsiyyət bacarığı, məsuliyyətlilik, diqqət və operativlik.
İş rejimi:
- 5 günlük iş qrafiki, saat 09:00–18:00.
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Protokol işi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.