Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 303

Aqrar Tədarük və Təchizat

Ərzaq məhsulların istehsalı

Protokol işi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Protokol işi üzrə mütəxəssis

  • Deadline 6 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Protokol işi üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Vəzifə öhdəlikləri:

  • Rəsmi tədbirlərdə dövlət və korporativ protokol qaydalarına riayət etmək;
  • Salamlaşma, təqdimetmə və müraciət formalarını düzgün tətbiq etmək;
  • Rütbə və vəzifə üstünlüyünə (prioritetə) uyğun davranış qaydalarını təmin etmək;
  • Rəsmi tədbirlərdə (masa, zal, nəqliyyat vasitəsi və s.) oturma planını hazırlamaq və tətbiq etmək;
  • Dövlət və beynəlxalq tədbirlərdə bayraqların düzgün yerləşdirilməsini təmin etmək;
  • Rəsmi delegasiyaların yerləşdirilməsini protokola uyğun təşkil etmək;
  • Rəsmi görüşlərin, konfransların və qəbul mərasimlərinin təşkilini həyata keçirmək;
  • Tədbirlərin proqramını və ssenarisini hazırlamaq;
  • Tədbir vaxtının düzgün planlanmasını və idarə olunmasını təmin etmək;
  • Rəsmi və nəzakətli ünsiyyət qaydalarına riayət etmək;
  • Çətin və həssas situasiyaları diplomatik və sakit şəkildə həll etmək;
  • Xarici qonaqlarla mədəni fərqləri nəzərə alaraq peşəkar ünsiyyət qurmaq;
  • Dəvət məktublarının və rəsmi çağırışların hazırlanmasını təmin etmək;
  • Rəsmi yazışmaları (e-mail, məktub və s.) düzgün formatda tərtib etmək;
  • Protokol siyahıları, iştirakçı siyahıları və tədbir planlarını hazırlamaq;
  • Rəsmi və korporativ geyim qaydalarına riayət etmək.

Tələblər:

  • Ali təhsil (idarəetmə, beynəlxalq münasibətlər  və ya oxşar sahələr üzrə üstünlükdür);
  • Minimum 1–3 il protokol, rəsmi tədbir təşkili və ya inzibati sahədə iş təcrübəsi;
  • MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə bilik;   
  • İngilis dili (orta səviyyə), rus dili arzuolunandır.
  • Protokol qaydaları, rəsmi yazışmalar, tədbir təşkili və iş planlama bacarıqları;
  • Protokol, etiket və ya tədbir təşkilatçılığı üzrə sertifikatlar arzuolunandır;
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil, səliqəli və stresə davamlı olmaq;
  • Ünsiyyət bacarığı, məsuliyyətlilik, diqqət və operativlik.

İş rejimi:

  • 5 günlük iş qrafiki, saat 09:00–18:00.
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

 CV-lərinizi mövzu hissəsində “Protokol işi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

  • Daily67
  • Weekly475
  • Monthly608