Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 1.3K

Aqrar Tədarük və Təchizat

Ərzaq məhsulların istehsalı

Satınalma şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma şöbəsinin müdiri

  • Deadline 12 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Satınalma şöbəsinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Satınalma planı üzrə işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
  • Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə hüquqi və fiziki şəxslərdən daxil olmuş məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılması, araşdırılması, cavablandırılması və göndərilməsi işinə rəhbərlik etmək;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, inzibati idarəetmə,  biznesin idarə edilməsi və s.);
  • Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dili biliyi / rus dili biliyi arzu olunandır;
  • Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
  • MS office proqramlarında (xüsusən Excel) yaxşı səviyyədə işləmək bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Qeyd: CV-lərinizi mövzu hissəsində Satınalma şöbəsinin müdiri yazaraq Müraciət Et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily53
  • Weekly292
  • Monthly1564