Vəzifə öhdəlikləri
- Çertyoj və layihə sənədlərinin hazırlanması və yoxlanılması
- Layihələrin texniki tələblərə və normativlərə uyğunluğunun yoxlanılması
- Həcm hesablamaları və görülmüş işlərin ölçülərinin hesablanması
- Material, avadanlıq və işçilik üzrə smeta və hesabatların hazırlanmasına dəstək
- İcra sənədlərinin (aktlar, jurnallar, protokollar və s.) hazırlanması və arxivləşdirilməsi
- Layihə sənədlərinin sistemləşdirilməsi və yenilənməsi
- Sahə mühəndisləri, podratçılar və layihəçilərlə texniki məsələlərin koordinasiyası
- Sahədən daxil olan məlumatların və görülmüş işlərin layihə ilə müqayisə edilməsi
- İşlərin gedişi ilə bağlı hesabatların hazırlanması
- AutoCAD, MS Excel, MS Project və digər mühəndislik proqramlarından istifadə
- Texniki problemlərin araşdırılması və onların həlli üçün təkliflərin hazırlanması
- Tender, təklif və satınalma sənədlərinin hazırlanmasında iştirak
- Lazım gəldikdə işlərin əməyin mühafizəsi, keyfiyyət və texniki standartlara uyğunluğunun izlənilməsinə dəstək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
- Texniki çertyojları oxumaq və layihə sənədləri ilə işləmək bacarığı;
- AutoCAD və MS Excel proqramlarında işləmək bacarığı;
- Həcm hesablamaları və texniki hesabatların hazırlanması üzrə biliklər;
- Aconex proqramını bilməsi üstünlükdür.
- Komandada işləmək və ünsiyyət bacarığı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – cümə, saat 09:00–18:00;
- İstirahət günləri: şənbə və bazar;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.